Azərbaycanda aqrar sığorta fondu yaradılacaq
Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə, aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə sığorta fondunun yaradılması imkanlarını araşdıracaq.
Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.
Sənəddə deyilir ki, bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə hesabatlar hazırlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə, ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlarla birlikdə, aqrar sahədə sığorta sistemi ilə bağlı beynəlxalq təcrübəyə əsasən mövcud qanunvericilikdə təkmilləşdirmələrin aparılması üzrə təkliflər hazırlanacaq. Belə təkliflərə aqrar sahədə diferensial yanaşmalı sığorta sisteminin tətbiqi (regionlar və məhsullar üzrə), icbari sığortanın tətbiqi (bəzi məhsullar üzrə) və s. aid edilə bilər.
Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə, bitkiçilikdə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi ilə bağlı icra mexanizmi hazırlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























