Kapital Bank Naxçıvandakı filiallarını yeniləyir
(®) Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-cu ilin may ayından etibarən Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərinin transformasiyası layihəsini həyata keçirir.
Layihə çərçivəsində ilk olaraq Kapital Bank-ın Babək filialı əsaslı təmir olunaraq, müştərilərin istifadəsinə verilib. Babək filialı, Naxçıvan MR, Babək rayonu, Babək qəsəbəsi, H.Əliyev prospekti 26 ünvanında yerləşir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Kapital Bank-ın Babək filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 40-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 20-dən çox yeni filial və şöbə istifadəyə verilib. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
-
13 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
“Azərlotereya”da yeni təyinat
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb






















