Tanınmış bank İT və Digital İnnovasiyalar Mərkəzini istifadəyə verdi
Unibank 2017-2019-cu illər üçün strateji planındakı “dəyişikliklərin idarə edilməsinə” uyğun olaraq, “İT və Digital İnnovasiyalar Mərkəzi”ni yaradıb.
Bankan "Marja"ya daxil olmuş məlumata görə, Baş ofisdə yeni istifadəyə verilmiş İT və Digital İnnovasiyalar Mərkəzinin yaradılmasında məqsəd, ənənəvi bankçılıq sistemindən fərqli və innovativ sistemə keçiddir.
Mərkəzdə Digital Laboratoriya (Digital Lab) və İT departamenti yerləşir. Digital Lab - internet və mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, bankın rəqəmsal məhsullarının yeni konsepsiyasının yaradılması və inkişafı ilə də məşğuldur. Bundan başqa “İT və Digital İnnovasiyalar Mərkəzi”ndə proqramlaşdırma, innovasiyalar, İT sahəsinə aid digər müxtəlif təlimlərin keçirilməsi də planlaşdırılır.
“Daha komfortlu iş şəraitinə malik, fərqli üslubda təmir edilmiş yeni ofisdə, əməkdaşlar daha çox motivasiya olur və işlərindən zövq alırlar. Bu isə innovativ layihələrin bazara daha operativ təqdim edilməsinə təkan verir. Əsas üstünlüyü, əməkdaşların layihələrdə və konkret məhsullar üzərində birgə çalışmalarıdır.
Müştərilərnə daim rahat və innovativ bank məhsulunu təqdim edən Unibank, əməkdaşları üçün də ən yaxşı iş şəraiti yaradan banklardan biri olmaqda davam edir”,- Bankın yaydığı məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
3 d. əvvəl
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
-
- 5 d. əvvəl
- 10 d. əvvəl
-
13 d. əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
“Azərlotereya”da yeni təyinat
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
























