Bu il toplanmış buğdanın miqdarı açıqlandı
Dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 miluon 39,5 min hektar sahənin 1 milyon 26,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil etmiş və məhsuldarlıq 31,4 sentnerə bərabər olmuşdur.
Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir.
Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.
Ölkənin 25 rayonunda dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2), Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olmuşdur.
Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























