Dünya birjalarının dəyəri 7,6 trilyon dollar artıb
2018-ci ilin 1-ci yarısında qlobal bazarlarda iqtisadi qərarlara mənfi təsir göstərəcək gücdə bir çox geosiyasi və siyasi hadisə baş verib. Buna baxmayaraq, investorların riskləri fürsətə çevirməsi nəticəsində dünya birjalarının dəyəri 2018-ci ilin sonun ilə müqayisədə 7,6 trilyon dollar artaraq 82 trilyon dolları aşıb.
"Marja" xəbər verir ki, Dünya Birjalar Federasiyasının (WFE) məlumatlarına görə, 2018-ci ilin sonunda 74 trilyon 666 milyard 992 milyon dollar olan dünya birjalarının dəyəri, ilk 6 yada 82 trilyon 253 milyard 289 milyon dollara çatıb. Sözügedən prosesdə dünya birjalarının dəyəri 10,2 faiz artıb, bu da 7 trilyon 586 milyard 407 milyon dollarlıq bahalaşma deməkdir.
Amerika zonasında yerləşən birjalarının dəyəri ilk yarımildə 2018-ci ilin sonuna nisbətən 14,4 faiz artaraq 34 trilyon 206 milyard 92 milyon dollardan 39 trilyon 132 milyard 34 milyon dollara çatıb.
Bu dövrdə, Avropa, Afrika və Orta Şərq bölgəsindəki birjalarda bazar dəyəri 12,3 faiz artaraq 16 trilyon 565,5 milyard dollardan 18 trilyon 608,6 milyard dollara yüksəlib.
Asiya və Sakit Okean birjalarının bazar dəyəri isə 2,6%-lik artımla 23 trilyon 895,3 milyard dollardan 24 trilyon 512,6 milyard dollara qalxıb.
ABŞ ilə Çin arasında ticarət danışıqlarına dair informasiya axınının gündəmdən düşmədiyi ilk 6 ayda, himayəçilik meyli narahatçılıqları, Brexit qeyri-müəyyənliyi, qlobal iqtisadi artım sürətinin yavaşlaması, dünya miqyasında iqtisadi göstəricilərin zəifləməsi və geosiyasi risklər bazarlara istiqamət verən hadisələr kimi önə çıxdı. Bütün bunlar nəticəsində investorlar riskli aktivlərdə qaçmağa başladılar.
Mərkəzi banklar tərəfində isə ABŞ Mərkəz Bankı ilə (Fed) Avropa Mərkəzi Bankı (ECB) başda olmaqla, bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə faizlərdə azalma olacağı siqnalı verildi, ekspansionist siyasətlərə geri dönüşün ilk addımları atıldı.
ƏN ÇOX İRAN BİRJALARININ BAZAR DƏYƏRİ ARTIB
Dünya birjaları arasında ilk yarımildə bazar dəyəri ən sürətli artan birja İranda Fara birjası olub. Fara birjasının bazar dəyəri ilk yarımildə 60 faiz artaraq 26 milyard 912 milyon dollardan 43 milyard 70 milyon dollara çatıb.Bazar dəyəri artımında ikinci yerdə 53,8%-lik artımla yenə İranda Tehran birjasıdır. Bu artım nəticəsində Tehran birjasının bazar dəyəri ilk yarımilin sonunda 220 milyard 754 milyon dollara yüksəlib.
Həmin dövrdə bazar dəyəri ən çox geriləyən birja isə 11,5%-lik itki ilə Ukrayna birjası olub. Ukrayna birjasının 2018-ci ilin Dekabr ayında 4 milyard 415 milyon dollar səviyyəsində olan bazar dəyəri, ilk yarımildə 3 milyard 908 milyon dollara düşüb.
Bazar dəyəri "tələfatında" Ukraynanın ardınca 11,4 faiz ilə Livanda Beyrut birjası gəlir.
DÜNYANIN ƏN BÖYÜK BİRJASI
Dünya birjaları arasında ən böyük bazar dəyərinə malik Nyu York Birjası, ilk yarımildə də yerini qoruyub. Keçən il sonunda 20 trilyon 679,5 milyard dollarlıq dəyərə malik olan Nyu-York Birjası, ilk 6 ayda böyüklüyünü 17,2 faiz artıraraq 24 trilyon 230,8 milyard dollara qaldırıb.
Bu dövrdə Nasdaq OMX-in isə bazar dəyəri 19,5 faiz artaraq 11,7 trilyon dollara çatıb.
Bazar dəyəri böyüklüyü baxımından dünya birjaları arasında üçüncü yeri 5,6 trilyon dollar ilə Japan Exchange Group tutur.
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 3 saat əvvəl
-
3 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
4 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
Ən çox oxunanlar
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
Yollarda yeni tanınma nişanı olacaq
Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
Yayın ilk böyük endirimi!





















