Beynəlxalq Bank sahibkarlar üçün daha bir kredit məhsulunu təqdim etdi
® Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə daha bir kredit məhsulunun tətbiqinə başlayıb.
Bankın təqdim etdiyi yeni kredit məhsulu “İnvoysların maliyyələşdirilməsi” adlanır.
Korporativ müştərilər, o cümlədən kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.
“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:
- Kreditin məbləği - 500.000 manatadək
- Kreditin müddəti - 12 ayadək
- İllik faiz dərəcəsi - 15%-dən başlayaraq
Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada sifariş etmək olar: https://www.ibar.az/az/internet-banking/corporate-internetbank/biznes-krediti-onlayn-sifari-et/ Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Bankımız tərəfindən təqdim edilən bu yeni məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















