Toyota Abşeron Mərkəzi Avropanın ən yaxşı dilerləri arasında
(®) Toyota-nın Azərbaycandakı rəsmi dileri Toyota Abşeron Mərkəzi açılışının 3-cü ilini qalibiyyət xəbəri ilə qeyd edir. Belə ki, Mərkəz Toyota-nın Avropadakı ən yaxşı dilerlərinə verilən "Ichiban 2019: The best Toyota Retailers" mükafatını qazananlar sırasındadır.
2500-dən çox diler arasında keçən qızğın yarışda yalnız 45 nümayəndə bu mükafata layiq görülüb.
“Ichiban” sözü yaponcada “Nömrə bir” deməkdir və bu mükafat hər il öz ölkəsində müştərilərə ən üstün xidmət göstərən, onları dinləyən və düzgün yardım göstərən dilerlərin əməyini qiymətləndirmək üçün verilir. Cenevrə gölü sahilində keçirilən mükafatlandırma mərasimində qalibləri təbrik etmək üçün Toyota Motor Avropanın CEO-su Yohan van Zil və fəxri qonaq, paralimpiyaçı Tayron Pilley iştirak ediblər.
Toyota Abşeron Mərkəzi artıq 3-cü ilini qeyd etdiyi fəaliyyəti dövründə müştərilərinə daima ilk gündən söz verdiyi yüksək xidmət səviyyəsini təqdim edib. Toyota-nın ustaların işini və təmir prosesini izləməyə imkan verən şəffaf GOLD salon konsepsiyası yalnız Toyota Abşeron Mərkəzində mövcuddur. Ümumi sahəsi 1000 m2 olan geniş salonda ziyarətçilərə bütün model cərgəsi nümayiş edilir, geniş ehtiyat hissələri bazası təklif edilir, test-drayv, zəmanət üzrə servisdən yararlanmaq və rahat istirahət zalında gözləmək imkanı verilir. Müştərilərə təlimlərdən keçərək sertifikatlar almış peşəkar ustalar və təcrübəli satış mütəxəssisləri xidmət göstərir.
Toyota Abşeron Mərkəzi Bakı-Sumqayıt şossesi 6-cı km. ünvanında yerləşir. Əlaqə üçün:
Tel.: +994 12 349 00 60 / *0110
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
26 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)





