Anti-sanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb - FOTOLAR
Çörəyin istehsal tarixi bir gün sonrakı tarixə vurulub.
Qida Təhlükəsizliyi Agentliyinə Bakı şəhəri Binəqədi rayonu 2-ci Mədən küçəsi 89 mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.
Agentlikdən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb.
Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexində istehsalın normativ texniki şərtlərə uyğun aparılmadığı, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.
"Müəssisədə ilkin emal sahəsi olmadığına görə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, soyutma sahəsi olmadığna görə isə çörəklərin həyətdə açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı müəyyənləşib.
Eyni zamanda müəssisədə çörəklərin markalanması zamanı istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu, istehsal tarixinin məhsulun istehsal edildiyi gün əvəzinə bir gün sonrakı tarixə vurulduğu və məhsullara əsassız olaraq saxlanma müddətinin 96 saat qeyd olunduğu aşkar edilib.
Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılmış və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilmişdir" - məlumatda deyilir.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib

























