Ölkənin 10 ən böyük bankından biri 26 yaşını qeyd edir
(®) Rabitəbank ASC yaranmasının 26-cı ilini uğurlu nəticələrlə və müştərilərinə yüksək xidmət göstəriciləri ilə qeyd edir.
Azərbaycan, müstəqilliyini bərpa etdiyi zamandan etibarən, əhalinin maliyyə xidmətləri sahəsindəki ehtiyaclarını qarşılamaq, səmərəli təkliflər vermək və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə o cümlədən maliyyə, sənaye, ticarət və kənd təsərrüfatısahəsində inkişafa dəstək olmaq önəmli idi. Rabitəbank da məhz həmin banklardan biri olmağı bacardı.
Bu gün Rabitəbank ölkənin 10 ən böyük bankı siyahısında yer alan, dinamik inkişafına görə fərqlənən banklardandır. Bankın aktivlərin həcmləri 611 mln, məcmu kapitalın həcmi 107 mln. kredit portfeli 353 mln., aktiv kart sayı 64863 təşkil edir. Bü yüksək nəticələrin əldə edilməsində sonsuz əməyi olan Rabitəbank komandasının əməkdaşlarının sayı 771 nəfər təşkil edir.
1993-cü ildə yaranan Rabitəbank, ölkənin ilk müstəqillik dövrünü, düzgün strategiyası və güclü komandası ilə birgə uğurla keçməyə nail oldu. Bu gün Rabitəbank iqtisadiyyatımızın inkişafında xüsusi rolu olan, sahibkarlığa dəstək verən və əhalinin istehlak kreditləri sahəsində ehtiyaclarını qarşılayan qabagcıl banklardan biridir.
Rabitəbank həmçinin, güclü Azərbaycan qadının gücünü artırmaq adına, bank sektorunda ən əlverişli şərtlərlə qadın sahibkarlar üçün xüsusi məhsul təqdim edir, həmin xanımların sahibkarlığının inkişafı istiqamətində onların fəaliyyətini dəstəkləyir və ictimaiyyətə tanıdır. Ölkədə kiçik və orta biznesi dəstəkləmək adına bir çox dövlət qurumları, beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən layihələrdə agent bank olaraq çıxış edir.
Rabitəbank artıq rəqəmsal dünyaya transformasiya edən bankların siyahısında öz təcrübəsi ilə xüsusi fərqlənir. Ölkədə ilk dəfə RabitabankBot üzərindən telegram və facebook messencer istifadəçiləri pul göndərə və ödənişləri həyata keçirə bilirlər. Bank müştərilərin bank əməliyyatlarını asanlaşdıran internet bankçılıq xidmətini müştərilərə təqdim edir və bir çox özəlliyi ilə fərqlənən mobil tətbiqini müştərilərin istifadəsinə təqdim etməyə hazırlaşır.
Rabitəbank 26-cı fəaliyyət dövründə ölkənin müxtəli bölgələrində 25 filial və şöbə açmış və 65 bankomatı yerləşdirmişdir. Bankın xidmət şəbəkəsinə 2019-cu ildə 24 saat və həftənin 7 günü fəalliyt göstərən 24/7 filialı da əlavə edilmişdir.
Rabitəbank maliyyə xidmətləri ilə yanaşı məsuliyyətli korporativ vətandaş olaraq sosial rolunu da daimə genişləndirir. Bank KİV dostları üçün silsiləli şəkildə peşəkar təlimlər, gənclər üçün master-klasslar, paytaxt və regionlarda gənclərin maliyyə, marketinq, İT və digər istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək üçün təcrübə proqramları təşkil edir, ölkənin qabaqcıl gənclər təşkilatları və təhsil müəssisələri ilə qarşılıqlı layihələr həyata keçirir.
Həmçinin 2018-ci ildən başlayaraq Rabitəbank tələbələr üçün xüsusi təqaüd ayırmağa başladı, tələbələr arasında maliyyə savadlılığı istiqamətində yarışlar təşkil etdi.
26 illik fəaliyyəti ərzində Rabitəbank daima öz dəyərlərinə sadiq müştəriyönümlülük prinsipini əsas strateji hədəf kimi bəlirləyib addımlayan bankdır. Müştəri istəklərinin və rahatlığının təmin olunması bankın uğurla inkişafının əsas səbəbidir. Rabitəbank bütün uğurlarının yazılmasında birbaşa rolu olan müştərilərinə xidmət etməkdən qürur duyur və təşəkkür edir!
İlk müstəqil banklardan biri olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
12 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib



















.jpg)





