Göyçayda 50-yə yaxın vəzifəli şəxs istefa verib? - AÇIQLAMA
Göyçayda 50-yə yaxın vəzifəli şəxsin işdən azad edilməsi ilə bağlı icra başçısına ərizə ilə müraciət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Siyahıda adı keçən şəxslər bir neçə kəndin icra nümayəndəsi, icra nümayəndəsinin müavinləri və mühasiblərdir. Yayılan ərizələrdə həmin şəxslərin səhhətində problemin olması ilə bağlı işdən çıxmaq istədiyi vurğulanır.
Məsələyə Göyçay rayon icra hakimiyyətinin informasiya sektorunun müdiri Nicat Musayevdən münasibət öyrənilib. O bildirib ki, yayılan məlumatın əsası yoxdur: “Biz siyahı ilə tanış olmuşuq. Həmin şəxslərlə də əlaqə saxlamışıq. Deyirlər ki, elə bir ərizə yazmayıblar. Həmin xətt də onlara mənsub deyil.
Bunu yayanlar rayonun sosial-iqtisadi inkişafını gözü götürməyən şəxslərdir. İcra hakimiyyətində bununla bağlı hələ ki araşdırma başladılmayıb”.
Göyçay İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova da bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Həmin ərizələrin yayılmasından xəbərimiz var, oxumuşuq. Bu məlumatlar hamısı tam absurt və yalandır. Həmin ərizələr imzalarla birlikdə saxtalaşdırılıb. Ərizələrdə adları qeyd olunan işçilər özləri də təəccüb içindədirlər. Çünki ərizələrdəki xətt və imzalar adları qeyd olunan şəxslərə aid deyil. Həmin şəxslər hamısı öz işlərinin başındadır”.
Başçının müavini qeyd edib ki, yayılan ərizələrdə adları qeyd olunan Göyçay rayonundakı idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər: “Amma bununla bağlı Göyçay Rayon İcra Hakimiyyətində araşdırma aparılmayacaq. Biz oturub rahat şəkildə işlərimizi görürük. Bizə belə bir tapşırıq verilmədiyi üçün araşdırma aparmaq niyyətində deyilik. Adları ərizələrdə qeyd olunan işçilər özləri hüquq-mühafizə orqanlarına müraciət edəcəklər”.
Qeyd edək ki, sosial şəbəkələrdə Göyçay rayonunda idarə, müəssisə rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrlərindən ibarət ümumilikdə 61 nəfərin icra başçının tələbi ilə kütləvi istefa ərizəsi yazmaları ilə bağlı məlumatlar yayılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Qafqazinfo, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 25 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
1 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Ən çox oxunanlar
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Azercell CUP 2026” müsabiqəsinə start verilir






.jpg)









.jpg)




