Sığorta bazarının yeni göstəriciləri açıqlandı
2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 milyon manat məbləğində sığorta haqları toplanıb, 93.8 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Bu barədə “Marja”ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350.8 milyon manat məbləğində sığorta haqları toplanmış, 97.5 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Beləliklə, illik müqayisədə yığımlar 8,9%, ödənişlər isə 3,8% azalıb.
5 ay ərzində könüllü sığorta bazarı üzrə haqlar 212.7 milyon manat, ödənişlər isə 64 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 milyon manat, ödənişlər isə 29.8 milyon manat olub.
2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 milyon manat), həm də icbari növləri 10% (7.7 milyon manat) üzrə artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 milyon manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4 milyon manat) üzrə olub.
Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 milyon manat) qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




