Ukraynanı defolt, qrivnanı isə çöküş gözləyir
"Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyi olmadan Kiyev qrivnanın məzənnəsinə nəzarəti itirməklə yanaşı sürətlə artan xarici borc səbəbindən defolta uğraya bilər".
"RİA Novosti" agentliyinin verdiyi xəbərə görə, bu açıqlamanı Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy verib.
Bankirin fikrincə, IMF Ukraynaya beynəlxalq kreditorlarla hesablaşmağa yardım edə bilər: "Əgər riyazi olaraq hesablasaq, IMF-in maliyyə yardımı davam etməsə, biz öhdəliklərimizi yerinə yetirə bilməyəcəyik. Başqa sözlə, biz defolt olaycağıq. Bunu hamı anlamalıdır", - deyə O.Çuriy qeyd edib.
Mərkəzi Bankın sədr müavini hesab edir ki, Ukrayna hökuməti müstəqil olaraq qrivnanın məzənnəsini sabit saxlaya bilməyəcək: "Maliyyə böhranının qarşısını almaq üçün Kiyev beynəlxalq qurumlara müraciət etməlidir. Belə ki, yaxın bir neçə ildə Ukrayna 12,5 mlrd. ABŞ dolları borc ödəməlidir".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi





















