Hindistan şirkəti Azərbaycanla alternativ enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir
Energetika Nazirliyində Hindistanın “JITO” təşkilatının baş katibi və alternativ enerji sahəsində fəaliyyət göstərən “Refex” qrupunun icraçı direktoru Anil Jainin rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, A.Jain Azərbaycanda bir çox sahələrlə yanaşı, alternativ və bərpaolunan enerji sektorunda əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, “Refex Energy” Hindistanda günəş enerjisini inkişaf etdirmək üçün təsis edilib. Şirkət günəş enerjisi layihələrini istismar və texniki xidmətlərlə təmin edir, fotovoltaik günəş enerjisi stansiyasının qurulması üçün müasir mühəndislik, satınalma və tikinti xidmətləri daxil olmaqla bir sıra təkliflər paketi təqdim edir.
Energetika nazirinin müavini Samir Vəliyev alternativ və bərpaolunan enerji sahəsinin inkişafı, bu sahədə layihələrin həyata keçirilməsinin Energetika Nazirliyinin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkədə bərpaolunan enerji sahəsinin inkişafı üçün böyük potensial var, günəş və külək enerjisindən istifadə sahəsində əlverişli iqlim şəraitinin olması bu istiqamətdə layihələrin həyata keçirilməsinə imkan verir.
S.Vəliyev bərpaolunan enerji sahəsində görülmüş işlər, müvafiq ərazilərin seçilməsi, bu ərazilərdə ölçmə işlərinin aparılması barədə məlumat verib. Qeyd edib ki, bu sahədə qanunvericilik bazası hazırlanır, gələn ilin ortalarında isə bərpaolunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı bir sıra potensial investorlarla görüşlər keçirilir və gələcəkdə görüləcək işlərin aspektləri müzakirə edilir.
Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ətraf mühitin qorunması, ənənəvi enerji mənbələrindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından bərpaolunan enerji mənbələrinin inkişafı, bu sahənin investorlar üçün cəlbediciliyinin artırılması vacibdir.
Görüşdə ölkədə mövcud bərpaolunan enerji potensialı, külək və günəş enerjisi sahəsində görülən işlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iki ölkə arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
48 d. əvvəl
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
-
-
12 saat əvvəl
"İran Azərbaycan, Kipr və Türkiyə ərazilərinə heç bir zərbə endirməyib"
-
12 saat əvvəl
Orban Macarıstanın Müdafiə və Enerji Təhlükəsizliyi şuralarının iclasını çağırdı
-
13 saat əvvəl
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşlar bərpa edilib
Neftin qiyməti təxminən 30%-lik sıçrayışdan sonra yavaşlayıb
Ən çox oxunanlar
Avropada qazın qiyməti 1000 kubmetr üçün 800 dolları keçib
"Əgər neftin qiymətinin 200 dolları keçməsinə dözə bilirsinizsə, bu oyunu davam etdirin”
G7 ölkələri neft ilə bağlı təcili tədbir hazırlayır
Soya yağı və buğda qiymətlərində artım
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir
Küveyt neft istehsalını azaltmağa məcbur oldu





















