“Holcim Azərbaycan”ın qazancında dördqat artım
Azərbaycanın iri sement istehsalçısı “Holcim Azərbaycan” ASC-nin satışdan gəlirləri artıb.
“Marja” şirkətin illik hesabatına istindən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə satışdan gəlirlər 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. ASC 2017-ci ildə 106 milyon 998 min manat gəlir əldə etmişdi.
İllik müqayisədə satışın maya dəyəri isə 3 milyon 912 min manat artaraq 64 milyon 133 min manat təşkil edib. Gəlir satışın maya dəyərindən daha çox artdığından ümumi mənfəət 2017-ci ildə 46 milyon 777 min manat ikən, 2018-ci ildə 52 milyon 199 min manat təşkil edib.
Ötən il “Holcim Azərbaycan”ın ümumi və inzibati xərcləri artsa da, çatdırılma xərcləri azalıb.
Xərclər və vergilərdən sonra ötən il ASC-nin 7 milyon 67 min manat xalis mənfəəti qalıb. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, ötən il “Holcim Azərbaycan”ın xalis mənfəəti 4 dəfə artıb.
2018-ci ilin sonunda şirkət 94 milyon 880 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub. 2017-ci ilin sonunda bu rəqəm 87 milyon 813 min manat idi.
Ötən il “Holcim Azərbaycan”ın kredit borcları 3 milyon 447 min manat azalaraq 148 milyon 307 min manata düşüb.
31 Dekabr 2018-ci il tarixində “Holcim Azərbaycan” 308 milyon 386 min manat cəmi aktivlərə malik olub. Sement istehsalçısı 2017-ci ilin sonunda 321 milyon 385 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, “Holcim Azərbaycan” 2018-ci maliyyə ilinin yekunları üzrə də səhmdarlara dividend ödəməyəcək.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31 812 880 manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%), 14%-i isə fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 2 gün sonra
-
19 d. əvvəl
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
-
-
23 d. əvvəl
Ziraat Bank Azərbaycan ABA tərəfindən 6 nominasiya üzrə mükafatlandırılıb
-
37 d. əvvəl
Azərbaycanın iri holdinqi Qazaxıstan şirkətilə saziş imzaladı
-
45 d. əvvəl
"Faizlərin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub"
-
52 d. əvvəl
Sığorta və təkrarsığorta brokerinin xalis mənfəəti 30 faizə yaxın artıb
-
55 d. əvvəl
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
-
1 saat əvvəl
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
PAŞA Bank ABA tərəfindən dörd nüfuzlu mükafata layiq görülüb
Mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon dollar üstələyib
Ən çox oxunanlar
Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
“Poz-Qazan”da 3 ayda 39 böyük uduş qazanılıb
ASA-ya yeni icraçı direktor təyin olundu
Tramp ağır hücumlardan sonra İranla müharibəni bitirəcəklərini deyib
Yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradılıb
Azərbaycan neftinin qiyməti 130 dollardan yüksək olub




















