"Hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib"
UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ilə bağlı paytaxtın mərkəzindəki hotellər 95-100 faiz bron edilib.
Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycana oyunları izləmək üçün səyahət edəcək turistlərin əksəriyyəti yüksək xidmət təklif edən hotellərə üstünlük verirlər:
"Oyunlarla bağlı paytaxtın mərkəzindəki 5 ulduzlu hotellərdə yuxarı seqmentə aid yerlər demək olar ki, 100 faiz tutulub. Kiçik və orta mehmanxanalarda bu rəqəm 85-90 faizə yaxınlaşır".
S.Dübəndi bildirib ki, hotellərdə qiymət artımı da var və bu, gözləniləndir:
"Hazırda 5 ulduzlu hotellərdə 3000-5000 manata bron edilən otaqlar var. Bu cür tədbirləri keçirən digər ölkələrdə də belə tendensiya müşahidə olunur. Xidmət qiymətlərində də artım olacaq. Bu, normaldır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın turizm sektoru hələ dünyaya özünü tanıtmaq yolundadır. Bu mənada qiymətlərdə həddindən çox şişirtməyə yol verilməməlidir".
Assosiasiya sədri vurğulayıb ki, final oyunu üçün Azərbaycana gələn turistlərə ənənəvi sahələrdən fərqli xidmətlər də təklif etmək olar:
"Bu mənada xüsusilə şərab turizmini qeyd etmək lazımdır. Bunun üçün Azərbaycanın böyük imkanları var. Müşahidələrimə əsasən deyə bilərəm ki, pivə ənənəsi olan ölkələrdən gələn turistlər bizim yerli pivələri bəyənirlər".
S.Dübəndinin fikrincə, indi əsas məqsəd Avroliqanın oyunu ilə bağlı paytaxta gələn çoxsaylı turistlərin ölkəyə yenidən səyahətinə nail olmaqdır:
"Oyunlar zamanı gələn turistlərə alternativ turizm marşrutları ilə ölkəmizi tanıtmalıyıq. Ənənəvi Bakı ekskursiya marşrutlarını genişləndirmək lazımdır. Paytaxtdan kənara çıxmaq, onlara regionları gəzdirmək yaxşı olar. Qısa müddət ərzində Bakıda 45-50 min turist olacaq. Onların 10 faizini regionlara çıxara bilsək, həmin insanlar bir daha bizim ölkəyə gələr. Azərbaycanın turizm brendinin şüarı da elə bundan ibarətdir: "Bir daha bax". Ölkəmizi yüksək səviyyədə təqdim etməli, xidmətləri elə qurmalıyıq ki, gələn qonaqlar Azərbaycana bir daha qayıtsın".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)





.jpg)






