Pensiya üçün 12 illik staj məhdudiyyəti aradan qaldırıldı
Azərbaycanda artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
İ.İsayev deyib ki, “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliyə görə, pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Fərdi hesabdakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda şəxs stajından asılı olmayaraq, pensiya təyinatı hüququ qazanır.
O qeyd edib ki, 25 il sosial stajı olan şəxs sığorta haqqının məbləğindən asılı olmayaraq, ən azından, minimum məbləğdə pensiya almaq hüququ qazanır.
Nazir müavinin sözlərinə görə, hazırda mövcud olan əmək pensiyalarının baza hissəsi sığorta hissəsinə birləşdirilir və bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir. Bunun üçün ödənilən sığorta haqlarının fərdi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə, ayrı-ayrı şəxslərin fərdi hesablarda toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləği yenidən eyni qaydada hesablanacaq.
İ.İsayevin sözlərinə görə, hazırda indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə aid edilirdi: “Lakin artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq. Yəni yeni layihəyə əsasən, pensiya artımı istehlak qiymətləri indeksinə görə deyil, əməkhaqqının illik artım tempi əsasında aparılacaq”.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında qəbul olunub.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



