5,7 milyard manatı "yedik - içdik"
2019-cu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 11,4 milyard manata bərabər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 5 milyard 704,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 652,5 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-aprel aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-aprel aylarınanisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 11 357,4 | 102,7 |
o cümlədən: | ||
ərzaq məhsulları | 5 101,0 | 102,5 |
içkilər və tütün məmulatları | 603,9 | 101,2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 2 011,2 | 102,9 |
elektrik malları və mebellər | 708,7 | 102,4 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 86,2 | 103,1 |
əczaçılıq və tibbi mallar | 142,3 | 103,4 |
avtomobil yanacağı | 638,1 | 101,8 |
digər qeyri-ərzaq məhsulları | 2 066,0 | 103,7 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 47,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,2 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artmış, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 gün sonra
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
BYD-nin satışları azalır, səhminin qiyməti son 9 ayın ən aşağı səviyyəsinə düşüb
- 48 d. əvvəl
-
56 d. əvvəl
PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv edib
Ərdoğan Azərbaycana gəlir
OPEC+ qərarından sonra neft qiymətləri yüksəlib
Ən çox oxunanlar
Expressbankdan Metropoliten işçilərinə - ÖZƏL TƏKLİF
“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib
Bizneslər üçün ulduz nömrələri əldə etmək artıq çox asandır
Yeni premium hibrid krossoveri qarşılayın
Rəsmi məzənnələr açıqlandı



















