4 ay ərzində illik planın 40%-ni yerinə yetirib
Dövlət Gömrük Komitəsi 4 ay ərzində illik proqnozun 40%-ni yerinə yetirib
Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 391 milyon 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 364 milyon 277 min manat və ya 35,45% çoxdur.
DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 50 milyon 784,1 min manat və ya 19,23% artaraq 314 milyon 800,4 min manat olub.
Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 257 milyon 784,9 min manat və ya 36,3% artaraq 967 milyon 778 min manat, aksizlər 53 milyon 639,7 min manat və ya 2,3 dəfə artaraq 96 milyon 63,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 milyon 68,3 min manat və ya 18,6% artaraq 13 milyon 216,8 min manat təşkil edib.
Qeyd edək ki, 2019-cu il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmanın həcmi 3 milyard 451,6 milyon manat təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"







.jpg)







.jpg)






