İnsanların içib keflənməsindən 2 milyon manat qazanıb
Şərab, konyak, araq və spirt istehsalı ilə məşğul olan “Gəncə-Şərab-2” ASC 2018-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 83 min manat və ya 4,4% çoxdur. ASC 2017-ci ili 1 milyon 901 min manat xalis mənfəətlə bağlamışdı.
“Marja” “Gəncə-Şərab-2”nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə ASC-nin məhsulların satışından gəlirləri (əsas əməliyyat gəliri) 33,6% artaraq 12 milyon 943 min manat təşkil edib. “Gəncə-Şərab-2” 2017-ci ildə 9 milyon 685 min manat gəlir əldə etmişdi.
XƏRCLƏR DAHA ÇOX ARTIB
2017-ci illə müqayisədə 2018-ci ildə satışın maya dəyəri isə 60% artaraq 10 milyon 629 min manat təşkil edib. 2017-ci ildə satışın maya dəyəri 6 milyon 664 min manat olmuşdur. Maya dəyərinin satış gəlirindən 2 dəfə sürətli artması mənfəətin kəskin artmasını əngəlləyib.
31 Dekabr 2018-ci il tarixində “Gəncə-Şərab-2” ASC-nin cəmi aktivləri 19 milyon 78 min manat təşkil edib. Şirkət 2017-ci ilin sonunda 19 milyon 489 min manat cəmi aktivlərə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























