İrandan neft alışı üçün bəzi ölkələrə verilən möhlət uzadılmayacaq - NEFT BAHALAŞIR
ABŞ, İrandan neft alışı üçün bəzi ölkələrə verdiyi möhləti uzatmayacaq.
"Marja" xəbər verir ki, "Bloomberg"in mövzuya yaxın dörd mənbəyə istinadən yaydığı xəbərə görə, Donald Trampın başçılıq etdiyi hökumət, İrandan neft alışına görə ABŞ sanksiyalarından azad olunan bəzi ölkələr üçün müəyyən edilmiş möhləti 2 May tarixindən sonra uzatmayacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
ABŞ-ın Xarici işlər naziri Michael Pompeo-nun Bazar ertəsi günü səhər Vaşinqtonda Yunanıstan, Çin, Hindistan, İtaliya, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəni ehtiva edən və son günü 2 May olaraq müəyyən edilmiş azadolma qərarına dair açıqlama verəcək.
İki mənbəyə görə, bazarda İran neftinin ixracının dayanması ilə yaranacaq kəsiri Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri bağlayacaqdır.
Qeyd edək ki, xəbərdən sonra neft qiymətləri yüksəlib, Brent neftin qiyməti 74 dolları keçib.
ABŞ rəhbərliyi İranın neft ixracatını tamamilə dayandırmaq istəyir.Mütəxəssislər bildirirlər ki, bu qərar ilə, İranın iqtisadiyyatı ağır təzyiq altında qalacaq, çünki ölkənin valyuta gəlirləri "quruyacaq" və valyuta ehtiyatları azalacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








