“AGBank”da müsbət tendensiyalar başlayıb - BANK VƏZİYYƏTİNİ AÇIQLADI
Bankın əməliyyat zərəri kəskin azalıb, əvvvəlki illər yaradılmış ehtiyatlar azad olmağa başlayıb. Eyni zamanda müştərilərə verilən kreditlər artıb.
“AGBank” 2019-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “AGBank”ın cəmi gəlirləri 11 milyon 937 min manat, cəmi xərcləri 12 milyon 823 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bankın 886 min manat əməliyyat zərəri yaranıb. Ötən illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 438 min manatı azad olması hesabına zərər 448 min manata düşüb. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir maddəsi üzrə 83 min mantlıq xərc ilə Bankın xalis zərəri 531 min manat təşkil edib. Lakin bu zərər ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azdır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “AGBank”ın cəmi gəlirləri 11 milyon 348 min manat, cəmi xərcləri 13 milyon 616 min manat, əməliyyat zərəri 2 milyon 268 min manat təşkil etmişdi. Eyni zamanda, AGBank” ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata 952 min manat ayırdığından zərəri 3 milyon 220 min manata yüksəlmişdi.
Diqqəti cəlb edən “AGBank”ın əməliyyat zərərinin 2,6 dəfə azalmasıdır. Bank cəmi gəlirlərini az da olsa artırmaqla bərabər, xərclərini xeyli azaltmağa nail olub. Nəticədə əməliyyat zərəri azalıb. Digər mühüm bir irəliləyiş, Bankın ehtiyatlara ayırmanı dayandırmasıdır. Əksinə, ehtiyatların azad olaraq mənfəət əlavə edilməsi başlayıb, bu da bankın riskdə olan kreditlərinin azaldığına işarədir.
2018-ci ilin 1-ci rübü ilə müqayisədə 2019-cu ilin 1-ci rübündə “AGBank”ın qeyri-faiz gəlirləri 2 milyon 28 min manat və ya 31,6% artaraq 8 milyon 427 min manat təşkil edib. Müqayisə olunan dövrdə Bankın faiz və qeyri-faiz xərcləri azalıb.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIR
Digər diqqəti cəlb edən “AG Bank”ın müştərilərə verdiyi kreditlərin artmasıdır. İlin əvvəlindən bəri müştərilərə verilən kreditlər 2 milyon 284 min manat artaraq 247 milyon 979 min manata yüksəlib. Müştərilərə verilən kreditlərin artması gələcəkdə Bankın faiz gəlirlərinin arta biləcəyinə işarədir.
31 Mart 2019-cu il tarixində “AG Bank” 495 milyon 169 min manat cəmi aktivlərə, 443 milyon 716 min manat cəmi öhdəliklərə və 51 milyon 453 min manat cəmi balans kapitalına malik olub
31 Mart 2019-cu il tarixində "AGBank" 51 milyon 858 min manat məcmu kapitala malik olub ki, bu da 50 milyon manat olan minimal tələbdən yüksəkdir.
Xəbər verdiyimiz kimi, “AG Bank” 2018-ci ildə 5 milyon 367 min manat xalis mənfəət əldə etmişdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























