PAŞA Bank sahibkarların işini asanlaşdıracaq yeni məhsulları təklif edir
PAŞA Bank milli iqtisadiyyatın qeyri-neft sektoru üzrə Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərə də töhfə verərək sahibkarlara və şirkətlərə çeşidli və əlverişli şərtlərlə maliyyə alətləri təqdim edir.
Sahibkarlara güzəştli şərtlərlə kredit
Bankın Kommersiya bankçılığı departamentinin direktoru Heydər Süleymanov qeyd etdiyi kimi, ənənəvi bankçılıqdan uzaqlaşan PAŞA Bank kənd təsərrüfatı, xüsusilə qoz-fındıq, bağçılıq, heyvandarlıq və s. sahələrdə püxtələşmiş müştəri menecerləri, mütəxəssislər və analitiklərin iştirakı ilə sahibkarlara yeni yanaşma tətbiq edərək xidmət göstərir. Belə ki, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərə bank xidmətlərindən əlavə, istehsal olunan məhsulların müxtəlif üsullarla həm yerli, həm də xarici bazarlara çıxarılmasına köməklik göstərilir.
Bundan əlavə, PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankı vasitəsilə sahibkarlara güzəştli şərtlərlə kredit təklif edir. Kredit üzrə ödəniş cədvəli mövsümi əsaslar nəzərə alınaraq təyin olunur ki, bu da müştərilərin maliyyə çətinliyi ilə üzləşməsinin qarşısını alır.
“Sahibkarların bank xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə PAŞA Bankın biznes mərkəzləri həm paytaxtda, həm də regionlarda da – Gəncə və Zaqatalada - fəaliyyət göstərir”, - Heydər Süleymanov deyib.
Vergi və rüsumların daha rahat və sürətlə həyata keçirilməsi
PAŞA Bankın infrastrukturu ölkədə nağdsız ödənişə keçidə bir neçə il öncədən hazırdır. H. Süleymanovun sözlərinə görə, bu gün təchizatçılarla Kiçik və orta sahibkarlıq subyektləri arasındakı ticarət əsasən nağd qaydada həyata keçirildiyindən həmin şirkətlər müəyyən çətinliklərlə qarşılaşa bilirlər. “Biz bunun üçün bir çıxış yolu fikirləşmişik. Mal satan şirkət PAŞA Bank-dan POS-terminal, mağaza isə Tacir kartı əldə edir. Mal rəsmi verilir, mağaza sahibi də Tacir kart-dan istifadə edərək POS-terminal ilə malın pulunu ödəyir. Ödəniş zamanı ƏDV də avtomatik ödənilir,” – deyə H. Süleymanov qeyd edib.
Departament direktoru nağdsız ödənişlərin stimullaşdırılması ilə yanaşı, sahibkaralara dəstək məqsədilə görülən işlərdən də danışıb: “Biznes fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fiziki sahibkarlar üçün təklif etdiyimiz Gömrük kartı ilə gömrük məntəqələrində vergi və rüsumların daha rahat və sürətlə həyata keçirilməsi mümkündür. Kartdakı vəsait nağdlaşdırıla və ya alış-verişdə istifadə oluna bilməz. Bu kart yalnız gömrük məntəqələrində qurulan POS-terminallarda keçir. Bununla da biz idxal-ixracla məşğul olan sahibkarlara bizneslərini rahat həyata keçirmək üçün imkan yaradırıq”.
H. Süleymanov kartın digər üstünlüklərini də vurğulayaraq bildirib ki, sahibkarlar həm həftə içi, həm də həftə sonları İnternet bankçılıqdan istifadə edərək kartın balansını artıra bilərlər: “Qeyri-iş günləri gömrük rüsumlarının bank köçürməsi vasitəsilə ödənilməsi mümkün olmur. Bunun üçün Gömrük kartı sahibkarlar üçün əvəzsiz məhsuldur. Bundan başqa, kartda kifayət qədər böyük overdraft limitidə olur, vəsait çatmadığı təqdirdə overdraft limitindən də istifadə etmək mümkündür. İnternet bankçılıq da, öz növbəsində, müştərilərimizə bank əməliyyatlarının 95%-ni rahat və sürətli həyata keçirməyə imkan verir. Bundan əlavə, PAŞA Bankda regionda ilk dəfə olaraq fərdi sahibkarlar və hüquqi şəxsləri üçün onlayn şəkildə hesabın açılmasına başlanılıb və gələcəkdə bu kimi ilkləri davam etdirəcəyik”.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























