Ötən il böyük zərərdə idi, bu il mənfəətə çıxdı - BANKDAN HESABAT
“Nikoil Bank” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 26 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 1-ci rübünü 309 min manat zərər ilə bağlamışdı.
BANKIN GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 19 milyon 219 min manat, cəmi xərcləri isə 10 milyon 95 min manat təşkil edib. Nəticədə Bankın 9 milyon 125 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 6 milyon 99 min manatı ehtiyatlara ayrıldığından Bank ilk rübü 3 milyon 26 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə “Nikoil Bank”ın cəmi gəlirləri 17 milyon 974 min manat, cəmi xərcləri isə 9 milyon 380 min manat təşki etmiş, nəticədə 8 milyon 593 min manat əməliyyat mənfəəti qalmışdı. Ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyatlara 8 milyon 902 min manat ayırma nəzərdə tutulduğundan Bank 2018-ci ilin 1-ci rübünü 309 min manat zərər ilə bağlamışdı.
Ötən ilin ik rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “Nikoil Bank”ın cəmi gəlirləri 1 milyon 245 min manat, cəmi xərcləri isə 715 min manat artmışdır. Gəlirlərin artmasının xərclərin artmasını üstələməsi ilə “Nikoil Bank”ın əməliyyat mənfəəti 530 min manat daha çox olub.
Bankı faiz gəlirləri 16 milyon 537 min manatdan 17 milyon 986 min manata qalxıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İLK RÜBDƏ BANK BÖYÜYÜB
31 Mart 2019-cu il tarixində “NikoilBank” ASC 422 milyon 953 min manat cəmi aktivlərə, 353 milyon 874 min manat cəmi öhdəliklərə və 69 milyon 78 min manat cəmi balans kapitalına malik olub. 31 Mart 2018-ci il tarixində “Nikoil Bank” 488 milyon 369 min manat cəmi aktilərə, 388 milyon 625 min manat cəmi öhdəliklərə və 99 milyon 744 min manat cəmi kapitala malik idi.
31 Dekabr 2018-ci il tarixində "Nikoil Bank" 417 milyon 40 min manat cəmi aktivlərə, 351 milyon 367 min manat cəmi öhdəliklərə və 65 milyon 67 min manat cəmi balans kapitalına malik idi.
Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlər 282 milyon 713 min manatdan 260 milyon 245 min manata geriləyib.
31 Mart 2019-cu il tarixində "Nikoil Bank" 71 milyon 428 min manat məcmu kapitala malik olub
"Nikoil Bank" 2017-ci ili 2 milyon 709 min manat, 2018-ci ili 135 milyon 200 min manat zərər ilə bağlamışdı. Zərərin yaranmasının səbəbi Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları idi.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü





















.jpg)





