"Kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar"
“Bizdə qiymətlərə təsir edən əsas amillərdən biri əhalidəki psixoloji xarakterli ajiotaj sindiromudur”.
Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib.
Onun sözlərinə görə, əcnəbi ölkələrdə hansı məhsulun qiyməti bahalaşırsa, insanlar şərti refleks olaraq şəxsi istehlakı aşağı salmaqla qiymətlərə təzyiq göstərir, ucuz alternativ məhsullara yönəlməklə təlabat yükünü aşağı salmağa çalışır, "balanslı istehlak" taktikasına əl atırlar.
“Nəticədə, əhalinin qiymətlərə gözəgörünməz basqısı yaranır. Xarici ölkələrdə tez-tez keçirilən "ucuz həftəsonu" kampaniyalarının səbəblərindən biri də budur.
Bizdə isə əksinə proses baş verir. Hansı məhsulun qiymətində dəyişmə baş verirsə, hamı daha çox almağa başlayır ki, nəticədə qiymətlərin daha da yüksəlməsi üçün əlverişli platforma yaranır”.
Ekspert deyib ki, əhalinin məhsullara reallıqdan uzaq "xəyali təlabatı" yeni qiymətəmələ gətirən faktora çevrilir. Uzun illərdir bazarlarda kütlənin nəbzini ölçən işbazlar bu amillə gözəl oynayırlar:
“İranın kartof-soğan ixracına qadağa qoyacağı haqqında xəbər məlum olan kimi cəmi iki günün içində kartofun qiyməti təxminən soğanla bərabərləşdi, hətta bəzi satış nöqtələrində kartof "qalib gəldi". Qadağa bu gün qüvvəyə minsə də, kütlə sırağa gündən "səhər tezdən yuxudan durub gördün ki, 2 manat olub. Nə edəcəksən?!" sualını verə-verə kütləvi şəkildə hamı bir-birini necə gərginləşdirdisə, qiymət həqiqətən 2 manat həddinə çatdı. Lap "Yuxu" filmindəki gənc Əliabbasın polis rəisinin qızını yuxuda qaçırması kimi. Ömründə bir səhifəni əvvəldən axıra kimi oxuyub bitərə bilməyən ağzıgöyçək Fatmanisə kənd camaatını necə inandırmışdısa yazıq Əliabbas qızı reallıqda qaçırmadığını heç cür sübut edə bilmirdi...”.
Nicat Nəsirli bildirib ki, işin tərs tərəfi, bizdə qiymət dəyişmələri zamanı cəmiyyətdə gərginləşmiş insanlara mənəvi dəstək olan, şəxsi istehlakı aşağı salmağa dəvət edən sosial institutlar da yox səviyyəsindədir!
“Ən son məlumat: sahələrdə yazlıq kartofun "nübar versiyası" yığılmağa başlanılıb, qiyməti də ötən ilin müvafiq dövründəkindən iki dəfə ucuzdur. Əgər ötən ilin aprelində faraş kartof 3 manata satılırdısa, Cəlilabadda 1,50 qəpikdən satışı başlayıb.
Belə situasiyalarda kütləni "qiymətlər bahalaşacaq!" təbliğaıtı aparıb gərginləşdirməkdən, qiymətləri daha da yüksəltməkdənsə, "tezliklə qiymətlər sabitləşəcək" deyib müsbət tona yükləmək daha rasional addım olardı...”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
6 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
6 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
7 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
7 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
Ən çox oxunanlar
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)






.jpg)




