Türk Lirəsinin Dollar qarşısında ucuzlaşması 2%-i keçdi
Türkiyədə keçirilmiş bələdiyyə seçkisinin nəticələri Türk Lirəsinin Dollar qarşısında təxminən 2%-dən çox ucuzlaşması ilə nəticələnib.
Dünən Türkiyədə keçirilmiş bələdiyyə seçkisində ən çox səsi Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (Ak Parti) toplasa da, Prezidentin partiyası ölkənin 3 böyük şəhərindən 3-də də (İstanbul, Ankara və İzmirdə) uduzub.
Seçki nəticələrindən məyus olmuş şəkildə çıxış etmiş Ərdoğan, "Siz qiymətli qardaşlarımdan bir şeyi xahiş edirəm. Əsla küsməyin, üzülməyin… "Biz bu nəticəni gözləmirdik" deməyə ehtiyac yoxdur. Bu seçkinin birinci partiyası "AK Parti"dir. Digərləri düşünsün" deyib.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:05-ə olan məlumata görə, Dollar/TL məzənnəsi 2,3% artımla 5.6968 səviyyəsində, Avro/TL məzənnəsi isə 2,4% artımla 6.4102 səviyyəsində olub.
Türkiyə Seçki Komissiyasının (YSK) sədri Ekrem İmamoğlunun İstanbulda öndə olduğunu açıqlayıb. YSK Sədri Sadi Güven "Bu an etibarilə Ekrem İmamoğlu 4 milyon 159 min 650, Binali Yıldırım 4 milyon 131 min 761 səs toplayıb",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
7 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
8 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
8 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib























