2.1 milyard dollarlıq kəsir yaransa da, 1.6 dəfə azalıb
2018-ci ilin yekunu üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 11.5 mlrd. dollar təşkil etmişdir.
“Marja” 2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, 11.5 mlrd. dolların 6.8 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4.7 mlrd. dollarıı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında 2.1 mlrd. dollarlıq kəsir yaransa da, ötən ilə nəzərən 1.6 dəfə azalmışdır.
Neft-qaz sektoru üzrə kəsir 1.7 mlrd. dollar olmuşdur (əsasən 1.3 mlrd. dollar tikinti xidmətləri və 601 mln. dollar digər işgüzar xidmətlər).
Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri idxalın artması ilə əlaqədar olaraq ötən ilə nəzərən. 26.5% artaraq 350 mln. dollar təşkil etmişdir.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 24%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.7 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 45%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.2 mlrd. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.5 mlrd. dollar təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 42% artmışdır.
TURİZMDƏ 350 MİLYON DOLLARLIQ PROFİSİT YARANIB
2018-ci il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2017-ci ilə nəzərən 13.3% azalaraq 4.9 mlrd. dollar təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixrac (2.6 mlrd.dollar) idxalı (2.3 mlrd.dollar) üstələməsi nəticəsində 349.8 mln.dollr həcmində profisit yaranmışdır (2018-ci il ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 6% artıb). Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 2.3 mlrd. dollar məbləğində olmuşdur. Bunun 87%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri 2017-ci ilə nəzərən 30% azalaraq 25.1 mln. dollar təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 2017-ci ilə nəzərən 3.8% azalaraq 799.4 mln.dollar olmuşdur
Xəbər verdiyimiz kimi, 2018-ci ildə Azərbaycanın tədiyə balansının ümumi saldosu müsbət 3 milyard 508.1 milyon dollar təşkil edib. 2018-ci il üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin 33% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Ətraflı: Azərbaycanın tədiyyə balansında böyük profisit
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub













.jpg)









