Ən yuxarı (mobil)-2_30

“Diqlas” işi Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas” işi Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Cinayət işinin icraatı Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

 

 

Hazırda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Yanğın nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami Rayon Prokurorluğunda yaradılmış Qərargahın 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

28.03.2019 12:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18