970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

"Başak İnam Sığorta"nın ləğvedilmə səbəbi məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Başak İnam Sığorta"nın ləğvedilmə səbəbi məlum oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Başak İnam Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağı aprelin 4-də olacaq, deyə şirkət məlumat yayıb.

 

Reklam_3_11

Gündəlikdəki əsas məsələ şirkətin könüllü ləğv edilməsidir.

 

 “Başak İnam Sığorta” İdarə Heyəti sədrinin müavini Vaqif Baxşıyev bildirib ki, şirkətin ləğvedilmə səbəbi “Zaminbank” və “Gəncəbank”ın bağlanmasıdır.

 

“Zaminbank bizim təsisçimiz idi. Vəsaitlərimiz bu iki bankda olub. Onlar bağlanandan sonra  şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və qanunvericiliyin məcmu kapital tələbinə (5 mln manat) cavab verə bilmədi”, - deyə o bildirib.

 

“Başak İnam Sığorta”nın planlaşdırılan ləğvi barədə fevralda jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri R.Aslanlı məlumat verib və qeyd edib ki, artıq razılıq verilib. Xatırladaq ki,  “Zaminbank” və “Gəncəbank”ın lisenziyası 2016-cı ildə ləğv edilib.  

 

Azərbaycan-Türkiyə birgə şirkəti olan “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Türkiyə tərəfindən təsisçi “Başak Sığorta”, Azərbaycan tərəfdən “İnam” təkrarsığorta idi. Onu ABB, “Turanbank” və “Aqrarkredit” təsis edib.

 

Şirkətin nizamnamə kapitalı 7 mln. manat idi. 

 

© Turan

06.03.2017 05:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Sahil Babayev iclas keçirdi
Sahil Babayev iclas keçirdi
15.12.2025 14:09
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18