“AccessBank” ən güclü kapitala malik beş bankdan birinə çevrildi
Xəbər verildiyi kimi, AccessBank ötən gün nizamnamə kapitalının artırılmasının başa çatdığını elan edib. Bankın İdarə Heyətinin sədri Anar Həsənovun açıqlamasına əsasən, nizamnamə kapitalı 118,5 mln. manat artaraq 258 mln. manatı ötüb. Belə ki, artımadək bankın nizamnamə kapitalı 140,25 mln. manat idi.
Eyni zamanda bankın səhmdarlarının strukturu da dəyişib. Kapitallaşma prosesi yeni səhmdarlara və bankın təsisçisi olan Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) yeni səhmlərin emissiyası, o cümlədən mövcud səhmlərin yeni səhmdarlar arasında bölüşdürülməsini əhatə edirdi. Yeni səhmdarlar arasında Asiya İnkişaf Bankı, Avropa İttifaqının Avropa İnvestisiya Bankı, Hollandiya İnkişaf Bankı (FMO), Avstriya İnkişaf Bankı, İsveçrə Konfederasiyasının SIFEM AG maliyyə inkişaf institutu, responsAbility Investments tərəfindən idarə olunan Avropanın investisiya fondları, EFSE, Symbiotics SICAV və GGF var.
Yeni səhmdarların banka qoşulmasına toxunan Anar Həsənov bildirib: "AccessBank yalnız əlavə kapital hesabına deyil, o cümlədən Avropa İttifaqının, İsveçrənin, Avstriyanın, Niderland Krallığının və Asiya İnkişaf Bankının üzvü olan bütün ölkələrin maraqlarını təmsil edən yeni səhmdarların peyda olunması ilə güclənir".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Anar Həsənovun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. "Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, "şərti kapital"ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq", - deyə sədr vurğulayıb.
Beləliklə, AccessBank ölkənin ən güclü kapitalına malik olan 5 bankdan birinə çevrilib. Artımdan öncə AccessBank nizamnamə kapitalının məbləğinə görə banklar arasında ilk onluqda idi.
Bankların nizamnamə kapitalı üzrə ilk onluq:
№ | Banklar | Nizamnamə kapitalı (mln. manat) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 1 224,5 |
2 | Nikoil Bank | 348 |
3 | PAŞA Bank | 333 |
4 | VTB Azerbaijan | 315,82 |
5 | AccessBank | 258,75 |
6 | Xalq Bank | 225,08 |
7 | Kapital Bank | 185,85 |
8 | Expressbank | 137,26 |
9 | Unibank | 125,69 |
10 | Atabank | 120,02 |
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
-
19 d. əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
22 d. əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
32 d. əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
- 43 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
Qeyri-neft ixracında özəl şirkətlər kəskin artım göstərib, dövlət ixracatçılarında azalma qeydə alınıb























