Azərbaycan şirkəti Polşaya çay ixrac edəcək
Polşanın Varşava şəhərinə təşkil olunan ixrac missiyası başa çatıb. İxrac missiyasına şərab və digər spirtli içkilər, qida məhsulları və kosmetik vasitələrin istehsalı ilə məşğul olan 22 Azərbaycan daxil olub.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
İqtisadiyyat Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə, missiya çərçivəsində Polşadan olan şirkətlərlə görüşlər keçirib, məhsulların ixracına dair ilkin razılıqlar əldə olunub. Belə ki, “Azerstar” MMC, “Bakukonserv” QSC, “Mars-Fk” MMC, “AHEC” MMC, “Astara çay” MMC şirkətləri istehsal etdiklərin məhsullarının Polşaya ixracına dair ilkin razılıqlar əldə ediblər.
Bundan əlavə “Azersun Holding” və “Brightman BMC“ MMC şirkətləri tərəfindən təqdim olunan məhsullar Polşadan olan şirkətlər tərəfindən maraqla qarşılanıb.
İxrac missiyası çərçivəsində Azərbaycan şirkətləri həmçinin Varşada təşkil olunmuş “Worldfood Polşa” beynəlxalq ərzaq sərgisində “Azərbaycan Ticarət Evi”nin təşkil etdiyi stenddə öz məhsullarını təqdim edib. Sərgi zamanı keçirilmiş müsabiqədə “Şirvan Şərabları” şirkətinin istehsal etdiyi “Meysəri Məxməri Premium” şərabı mükafata layiq görülüb.
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil olunan ixrac missiyası 6-10 mart tarixlərini əhatə edib.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
35 d. əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
-
- 42 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
4 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Ən çox oxunanlar
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Bu bank pulunuza illik 12% gəlir təklif edir
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib







.jpg)









.jpg)




