Bakcell abunəçilərinə bayram sovqatı – PULSUZ 4G Internet
(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün xüsusi bahar hədiyyəsi hazırlayıb. Novruz bayramı ərəfəsində Bakcell abunəçilərinə 4G şəbəkəsində istifadə üçün 1 Gb PULSUZ İnternet hədiyyə olunacaq.
Azərbaycan xalqının ən sevimli bayramlarından biri olan “Novruz”a həsr olunmuş xüsusi kampaniya çərçivəsində “Mənim Bakcellim” mobil tətbiqetməsini “Google Play” və yaxud “Appstore”dan yükləyib qeydiyyatdan keçən hər bir Bakcell abunəçisi 1 Gb PULSUZ İnternet trafiki əldə edəcək. Qeyd edək ki hədiyyə yalnız “Mənim Bakcellim”də ilk dəfə qeydiyyatdan keçən abunəçilərə təqdim olunacaq.
Pulsuz İnternet 30 gün ərzində yalnız “Bakcell”in super sürətli 4G şəbəkəsində istifadə oluna bilər. Bu kampaniya sayəsində abunəçilər ölkənin ən sürətli və etibarlı 4G şəbəkəsini sınaqdan keçirəcəklər. Kampaniya aprel ayının 15-nə kimi davam edəcək.
Xatırladaq ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell “Mənim Bakcellim” virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verib. Bu innovativ özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malikdirlər. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti və sərf olunmuş məbləğlər daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edirlər. Bundan əlavə, mobil əlavədə xidmət mərkəzi nümayəndələri ilə onlayn çat imkanı da nəzərdə tutulub. Qeyd edək ki, 1 il ərzində “Mənim Bakcellim” mobil tətbiqetməsi 240 min nəfərdən çox abunəçi tərəfindən yüklənib.
Kampaniyada iştirak edib PULSUZ internetdən yararlanmaq üçün abunəçinin mobil cihazı 4G şəbəkəsini dəstəkləməli və 4G SİM-kartı ilə təmin olunmalıdır. 4G-ni dəstəkləyən SİM kartı olmayan Bakcell abunəçiləri yaşadıqları əraziyə yaxın olan Bakcell Müştəri Xidməti Mərkəzinə və ya “Bakcell”in diler dükanına yaxınlaşıb öz köhnə SIM kartını yeni 4G SIM-kartı ilə əvəzləyə bilərlər.
Bakcell şirkəti bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 d. əvvəl
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
-
16 d. əvvəl
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb























