ABŞ-da rekord xarici ticarət kəsiri - TRAMPIN CƏHDLƏRİ İŞƏ YARAMADI
ABŞ-da xarici ticarət kəsiri ötən il Prezident Donald Trampın kəsiri bağlamaq səylərinə baxmayaraq, 10 ilin ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, 2018-ci ildə xarici ticarət kəsiri 621 milyard dollar olub. Bu, 2008-ci ildən bəri ən yüksək səviyyədir.
Xarici ticarət kəsiri Dekabrda da 19% artımla 59.8 milyard dollar təşkil edib və proqnozları aşıb. Bu rəqəm də 10 ilin rekordudur. Proqnoz - 57.9 milyard dollar idi. Dekabr ayında ixrac əvvəlki aya nisbətən 1.9% düşərək 205.1 milyard dollara enib. Bu, 2016-dan bəri ən böyük azalma kimi qeydə alınıb.
İdxal bu dövrdə 2.1% artımla 264.9 milyard dollara yüksəlib.
Bütün il ərzində ABŞ-ın ixracı 6.3% artımla 2.5 trilyon dollar, idxalı da 7.5% artaraq 3.12 trilyon dollar təşkil edib.
2018-də Çin ilə ticarət kəsiri əvvəlki ilə nisbətən təxminən 12% artıb və 419 milyard dollarla rekord qırıb.
Dolların möhkəmlənməsi, Prezident Trampın Çin və Avropa Birliyi kimi ticarət tərəfdaşlarına tətbiq etdiyi tariflər bu iqtisadiyyatların ləngiməsinə səbəb olub və ABŞ məhsullarına olan tələbi də azaldıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







