"1 kq ətin idxal dəyəri 1 dollardan 17.7 dollara qalxıb"
Azərbaycana idxal edilən bəzi məhsulların, o cümlədən təzə quzu ətinin idxal qiyməti 2 il ərzində kəskin artıb.
“Marja”nın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı-ekspert Facebook səhifəsində yazıb ki, 1 kq quzu ətinin idxal dəyəri 1 dollardan 17,7 dollara yüksəlib:
"2018-ci il üzrə gömrük statistikasının genişləndirilmiş variantı açıqlanıb. Leqallaşma ilə bağlı təbliğatı nəzərə alaraq 2017 və 2018-ci ili ətraflı müqayisə etməyi qərara almışam. Xüsusilə idxalın əmtəə və coğrafi strukturu əsasında idxalın natural həcmində, ümumi dəyərində və məhsulun 1 vahidi hesabı ilə idxalın dəyərində dəyişiklikləri izləmək çox önəmlidir.
Faktlara baxırsan, nəyin gerçək olduğunu ayırd etmək çox çətindir.
Bir nümunə deyim: 020410 əmtəə kodu təzə quzu ətinə aiddir. 2016-cı ildə bu kod altında ölkəyə 1 kq ətin idxal dəyəri 1 dollar olub, 2017-ci ildə 14 dollara yüksəlib, 2018-ci ildə artıq 17.7 dollar çatıb. Doğrudur, bu kod altında ölkəyə böyük həcmdə məhsul gəlməyib - 6180 dollar dəyərində 350 kq. Amma məsələ kütlə və dəyərdə deyil - 1 kq idxalın orta dünya bazar və daxili bazar qiymətəri ilə müqayisədə nə dərəcədə real görünməsindədir.
Ən maraqlısı odur ki, biz özümüz də bu kod altnda məhsul ixrac etmişik - amma hər kq-ı 6.5 dollara. Eyni məhsulun idxal və ixrac qiyməti arasında az qala 3 dəfə fərq var. Lap idxal dəyərindəki nəql xərclərini nəzərə almasaq belə, fərq 2 dəfədən çoxdur.
Əvvəllər biz idxalın gizlədilməsindən şikayətlənidik. Gerçəkdən də kiloqramı 1 dollara quzu əti idxal etmək olmaz - bu çox ucuzdr. Amma kiloqramı 17.7 dollara da olarmı - bu da çox baha deyilmi? Məsələn, “Comtrade”in məlumatına görə, quzu ətinin dünyada ən iri ixracatçılarında ixrac qiyməti 5.5-6.5 dollar olub. Nəql xərclərini də nəzərə alsaq, maksimum 7-8 dollardan söhbət gedir. Nəsə iddia etmək çox çətindir, amma yaranmış vəziyyətin gömrükdə invoys qiymətərini nəzərə almadan "minimum qiymət" tətbiqinin nəticəsi olub-olmadığını aydınlaşdırmaq çox önəmlidir. Bu, ictimai nəzarətin fəallaşdırılmasını tələb edən çox vacib məsələdir. Çünki gömrükdə atılan hər addımın nəticəsi əmtəə bazarlarında özünü göstərir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
10 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
10 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
10 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
11 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)









.jpg)





