“Veysəloğlu” “Gələcək Qurmaq” üçün yola çıxdı – Foto, VİDEO
“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində dəstək olduğu “Gələcəyini Qur” layihəsinin iştirakçıları ilə görüşüb.
Görüşdə seçim turunda fərqlənən və yüksək nəticə göstərən 20 şagird (12 qız, 8 oğlan), eyni zamanda şirkət nümayəndələri iştirak edib. Dəyirmi masa ətrafında toplaşan layihə iştirakçıları şirkət nümayəndələri ilə gələcək hədəflərini və planlarını bölüşüblər. Tədbirin sonunda “Veysəloğlu” şirkəti dəstək olduğu şagirdlərə hədiyyələr təqdim edib və xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Veysəloğlu” şirkətlər qrupu layihə çərçivəsində Sabunçu rayonunda aztəminatlı ailələrdən olan, yüksək intellektual qabiliyyəti və universitetdə oxumaq arzusu olan yerli orta məktəb şagirdlərinin hazırlıq kursları ilə təmin edilməsinə dəstək göstərir.
Xatırladaq ki, “Gələcəyini Qur” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək və töhfə vermək və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı ali təhsil məktəblərinə qəbul olmaları üçün 1 il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər ki, bu yolda da “Veysəloğlu” şirkəti onlara dəstək göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















