Turizm Assosiasiyasının sədrinə yeni vəzifə verilib
Nahid Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədr müavini seçilib.
AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi alıb.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Turizm Assosiasiyasının sədri Nahid Bağırov və digər üzvlər İctimai Şuranın fəaliyyətinə və Agentliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib, 2019-cu il üzrə Agentlik yanında İctimai Şuranın Fəaliyyət Planının hazırlanması qərara alınıb.
“İclas zamanı Azərbaycan Turizm Assosiasiyası olaraq bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin qarşılaşdığı problemlər və onların həlli yollarını iclasda səsləndirdim. Müzakirələrdən sonra agentliyin rəhbərliyi və İctimai Şura üzvləri tərəfindən səsləndirilən problemlərin həllinin tapılması və həyata keçirilməsi barədə müvafiq razılıq əldə olundu”, - deyə AZTA rəhbəri Nahid Bağırov deyib.
Onun sözlərinə görə, Azərbaycan Turizm Assosiasiyası öz fəaliyyəti çərçivəsində turizm sənayəsinin qeyri-neft sektorunun aparıcı sahəsi olduğunu nəzərə alaraq, sahibkarların, o cümlədən, kiçik və orta sahibkarların fəaliyyətinin təşviqi və dəstəyinə xüsusi önəm verir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi isə həyata keçirilən tədbirlərin daha da səmərəli reallaşmasına zəmanət verəcək.
İclasın sonunda AZTA rəhbəri Nahid Bağırovun və Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayevanın Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədrinin müvinləri seçilməsi barəqə qərar qəbul olunub.
Qeyd edək ki, İctimai Şuranın sədri Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşovdur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
9 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 9 saat əvvəl
-
10 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"























