"Rosneft"in xalis mənfəəti azalıb
Rusiyanın neft və təbii qaz şirkəti "Rosneft"in xalis mənfəəti ötən ilin son rübündə 109 milyard rubl təşkil edib. Bu, 125.4 milyard rublluq gözləntidən azdır.
"Marja" xəbər verir ki, Şirkətin xalis mənfəəti əvvəlki rübə nisbətən 23 faiz (1.66 milyard dollar) düşüb. "Rosneft"in mənfəətindəki azalmanın səbəbi həmin dövrdə Brent neftinin 35% ucuzlaşmasıdır.
"Rosneft"in həmin dövrdəki EBİTDA-sı (Faiz, Vergilər və Köhnəlmədən əvvəllki mənfəət) 488 milyard rubl təşkil edib. Bu da 502.94 milyard rublluq proqnozdan aşağıdır.
İLLİK MÜQAYİSƏDƏ GƏLİR VƏ MƏNFƏƏT ARTIB
"Rosneft"dən bildiriblər ki, şirkət gəlirləri keçən il 2017-ci illə müqayisədə 37 faiz artaraq 8,2 trilyon rubl (təxminən 133,7 milyard dollar) təşkil edib.
Şirkətin 2018-dəki xalis mənfəətinin isə 2017-ci illə müqayisədə 150 faiz artaraq 549 milyard rubla (təxminən 8,4 milyard dollar) çıxdığı bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 51 d. əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 1 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
5 saat əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb






















