Quba almasından çipsi hazırlanır - "Moskva ilə bir milyon dollarlıq müqaviləmiz var"
Respublika ərazisində yerli kənd təsərrüfatı məhsullarından, xüsusilə də alma, xurma, ərik, armud, qarağat və s. mövsümə uyğun olan məhsulların çipsi və qurusu hazırlanır. Eyni zamanda, Zaqatala, Xaçmaz bölgələrindən fındıq alınır və onlarında qurudulmasına başlanılacaq. Bu məhsulların harada və hansı şəraitində hazırlanmasını müşahidə etmək üçün Qubada yerləşən “Qubaekoaqrar” MMC zavoduna səfər etdik.
Oktyabr ayının 11-də Qubada istifadəyə verilən kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olan “Qubaekoaqrar” MMC-dən reportajı təqdim edirik:
Zavodun geniş həyətyanı sahəsi və anbarı var. Kənd təsərrüfatı məhsullarını zavod yerli əhalidən alır və anbarlarda saxlayır. Məhsullar zavod əməkdaşları tərəfindən seçildikdən sonra xüsusi qablara yığılaraq yuyulur.
Zavoddakı avadanlıqlar və iş prinsipi ilə bağlı jurnalistlərin suallarını “Qubaekoaqrar” MMC-nin direktoru Şahin Orucov cavablandırıb. Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarından əldə edilən çipsi və meyvə quruları “Made in Azerbaijan” brendi adı altında xarici ölkələrə satılacaq:
“Gördüyünüz bu zavodda təmiz, yerli kənd təsərrüfatı məhsullarından dünya bazarına hazır meyvə quruları və çipsi hazırlanır. İstifadə etdiyimiz avadanlıqlar Çin istehsalıdır.
Əməkdaşlarımız tərəfindən mövsümə uyğun meyvələr toplanaraq saf-çürük edilir. Daha sonra gördüyünüz bu qurğunun içərisində yaxşı-yaxşı yuyulur, soyulur və doğranılaraq yağa atılır. İki cür - üçbucaq və halqavari şəkildə doğranılan meyvələr 85 dərəcədə qızan yağın içərisində qızardılır.
Ümumiyyətlə, yağlar 100 dərəcədə qaynayır və qaynayan yağ insan orqanizminə ziyandır. Bizdə isə yağ maksimum 85 dərəcədə qızdırılır. Hazırda məhsul alma və xurmadan hazırlanır, amma qarşıda ərik, armud, qarağat və s. bölgəyə uyğun yetişən meyvələrdən də sözügedən məhsulların hazırlanmasına başlanılacaq”.
“Qubaekoaqrar” zavodu Moskva üçün içərisində 77 min ədəd məhsul tədarük edir ki, bu da səkkiz tona yaxın qurudulmuş məhsula bərabərdir. Məhsullar 80 ton meyvədən 45 gün ərzində əldə edilib. Direktorun sözlərinə görə, Moskva ilə “Qubaekoaqrar” MMC-nin bir milyon dollarlıq müqaviləsi var:
“Bizim hazırda Moskva ilə müqaviləmiz var və sifarişi bir il ərzində çatdırmalıyıq. Bir kiloqram almadan 100 qram çipsi hazırlanır. Məhsullar 60 və 120 qramlıq qablaşdırılmalar şəklində olur. Satış qiyməti bizim pulla 1-2 manat arası olacaq.
Daha sonra Qətər, Almaniya ilə də müqavilələr imzalanacaq. Məhsullarımıza xarici bazarda tələbat var və biz yerli məhsulumuzu, öz brendimizi dünya bazarına tanıdırıq. Artıq işçi qüvvəsi və müqavilələr bitdikdən sonra bu məhsulların yerli bazara da çıxarılmasına başlanılacaq”.
Müəssisədə tələbata uyğun olaraq, əsasən, alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin, alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.
Müəssisənin xammala tələbatının davamlı olaraq ödənilməsinin təmin edilməsi məqsədilə növbəti mərhələdə tutumu iki min ton olan soyuducu anbar kompleksinin qurulması, mövcud istehsal gücünün iki dəfə artırılması, cem və mürəbbə istehsalının təşkili nəzərdə tutulur.
© OXU
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
5 saat əvvəl
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
19 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - xarici borcumuzu 16 dəfə üstələyir"
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi





















