"Apple"ın gəliri 5 faiz azalıb
"Apple" şirkəti 2019 maliyyə ilinin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
"Marja" xəbər verir ki, şirkətin sözügedən dövrdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 84.3 milyard dollara geriləyib. Bir səhmə düşən mənfəət 7.5 faiz artaraq 4.18 dollara qalxıb. Beynəlxalq satışlar gəlirlərin 62%-ni təşkil edib.
2019 maliyyə ilinin ilk rübü 28 Dekabr 2018-ci il tarixində sona çatıb.
Ağıllı telefon modeli "iPhone" satışından əldə olunan gəlir ötən illə müqayisədə 15 faiz azalıb, digər məhsul və xidmətlərdən əldə edilən ümumi gəlir 19 faiz artıb.
Xidmət gəlirləri 10.9 faiz artımla 10.9 milyard dollara qalxaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
"Apple"ın İcraçı direktoru Tim Kuk etdiyi açıqlamada, "Gəlir hədəfimizdən geri qalmağımız təəssüf ediləcək bir vəziyyətdir, ancaq "Apple"ı uzun dövr üçün hazırlayırıq və bu rübdəki nəticələr işimizin mövcud gücünün dərin və geniş olduğunu göstərir" - deyib.
"Apple", 2019 maliyyə ilinin ikinci rübündə 55 milyard dollar ilə 59 milyard dollar civarında gəlir hədəfləyir.
"Apple" açıqlaması ilə investorları şirkətin vəziyyətinin yaxşı olduğu barədə inandıra bilib. Şirkətin səhmləri 5.5 faiz bahalaşıb.
Ağıllı telefon bazarının doyma nöqtəsinə çatdığı bildirilir. "Apple"ın ən mühüm məhsulu olan "iPhone" satışlarının azalacağının gözlənilməsi ilə, Oktyabr ayından bu yana, şirkət bazar dəyərinin təxminən üçdə birini itirdi.
ÇİN TƏSİRİ
"Apple"ın istirahət dövrü satışlarının aşağı düşməsi, dünyanın ikinci ən böyük iqtisadiyyatı Çindəki iqtisadi yavaşlama şəraitində, şirkətin bu ölkədə zəmin itirdiyini işarə edir. Kuk, Çini "Apple"ın satışları və istehsal strategiyası üçün kilid əhəmiyyətdə görür. Şirkət ötən maliyyə ilində Çin və Honq Konqda təxminən 52 milyard dollarlıq gəlir əldə edib. Ancaq Çində 2008-ci ildən bu yana ən yavaş iqtisadi artım baş verib.
"Apple"ın il sonu tətil rübündə satışlarının 27% düşdüyü açıqlanıb. Bu təxminən 5 milyard dollarlıq gəlir itkisinə işarə edir.
Kuk açıqlamasında, "Bəzi inkişaf edən bazarlarda, xüsusən Çində, zəif makro şərtlər daha əvvəl nəzərdə tutulandan daha çətindir" - deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
2 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























