Onlayn müştəri olmaq və hesab açmaq imkanı - AZƏRBAYCANDA İLK DƏFƏ
Azərbaycanda ilk dəfə PAŞA Bank fərdi sahibkarlar üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı yaratdı
Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank unikal bir imkanı, filiala gəlmədən Bankın müştərisi olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin əldə edilməsi imkanını təqdim edir.
Bankın yaydığı məlumata görə, yeni müştərilərə vaxta qənaət etməklə müxtəlif valyutalarda hesabın açılması üçün onlayn edilən müraciəti bir neçə dəqiqə ərzində rəsmiləşdirmək fürsətini verən bu xidmət hazırda fərdi sahibkarlar üçün əlçatandır:
"Müştərilərin istifadəsinə verilmiş xidmət minimum tələblərə cavab verir və bu həll davamlı olaraq təkmilləşdirilir. Ölkədə ilk dəfə olaraq fərdi məlumatlar fərdi sahibkarın elektron razılığı əsasında Elektron Hökumət İnformasiya Sistemindən əldə olunaraq vaxta qənaət etməyə imkan verir və müştərilər “Asan İmza” mobil elektron imza vasitəsilə xidmətdən istifadə edərək lazımi sənədləri təsdiqləyirlər".
PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımovun dediklərinə əsasən, 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində PAŞA Bank müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatlarını öyrənərək müasir texnoloji həllər üzərində işləyir və tezliklə öz müştərilərini digər rəqəmsal həllərlə də sevindirəcək.
“Sahibkarların əsas diqqəti biznesin strateji idarə olunmasında cəmləşir və bu səbəbdən, vaxta qənaət və onlayn bank xidmətlərindən istifadə ön plana çıxır. PAŞA Bank tərəfindən hazırlanmış və təqdim edilmiş bu imkanın bankla müştərilər arasında münasibətlərin yeni daha təkmil səviyyəyə qalxmasına, beləliklə, bank sektorunda rəqəmsal həllərin inkişafına töhfə verəcəyinə əminəm. Bu sahədə həyata keçirdiyimiz təşəbbüslər həmçinin ölkəmizin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin icrasının dəstəklənməsini də hədəfləyir” – deyə cənab Kazımov bildirib.
Bundan əlavə, PAŞA Bank yaxın zamanda yeni hüquqi şəxs müştəriləri üçün onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim edəcək.
Xidmətdən istifadə buradan mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 12 d. əvvəl
-
-
12 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 28 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
















.jpg)





