Fedin Martda faiz artıracağı ehtimalı 50 faizə qalxdı
İstiqraz bazarı, Fed-in Mart ayı toplantısına yalnız iki həftə qalmış, faizin artıracağının fərqinə varıb.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, Fed sədri Janet Yellen və digər Fed rəsmiləri hər toplantının "canlı" olduğu barədə xəbərdarlıqlar edirdi; Bu xəbərdarlıqlar 14 - 15 Mart toplantısı üçün də keçərli idi. Buna qarşı treyderlər Mərkəzi Bankın Mart ayında faizləri artıracağından indiyə qədər tam əmin deyildi. Fed-in gələn aykı toplantısında faiz artıracağı ehtimalı, Bazar ertəsi günü 50%-ə çıxıb. Ötən həftə investorlar faizin artırılacağına təxminən 33% ehtimal verirdilər.
Faiz artırılacağı gözləntisinin yüksəlməsinə dair bir çox səbəb olsa da, analitiklər hər hansı birini əsas faktor kimi göstərmirlər. ABŞ Prezidenti Donald Trump, Çərşənbə günü Vaşinqtonda dövlət xərclərinə dair planını açıqlamağa hazırlaşır. Dou Cons İndeksi ardıcıl 12-ci seansda da yüksəlib. Dallas Fed Sədri Robert Kaplan, rəsmilərin bazar gözləntilərinə həddən artıq diqqət etmədən faizi gecikmədən artırmaları lazım olduğunu bildirmişdi.
"MCP Asset Management"də iqtisadçı olan Hiroki Shimazu, "Məncə, faizin artırılması ehtimalının 50%-ə çıxması ağlabatandır. Səhm bazarında nikbin bir hava var. İnflyasiya təzyiqi var. Bu, Fed-ə faiz artırmaq məsələsində təzyiq göstərəcəkdir" deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 d. əvvəl
- 14 d. əvvəl
-
- 53 d. əvvəl
-
56 d. əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın neft və qaz ixracından gəliri 1 milyard dollardan çox azalıb
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Rəsmi məzənnələr açıqlandı
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi - 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB
Gömrük Komitəsi Ermənistandan 960 dollarlıq idxala aydınlıq gətirib - QIZIL GÜLLƏR...





.jpg)









.jpg)







