Seçilən beş startap investorların qarşısına çıxarılacaq - YENİ LAYİHƏ
Elektron Hökumətin İnkişafı Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb.
O bildirib ki, həyata keçirilən tədbirlər sırasında cari ildə ilk olaraq “Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın həyata keçirilməsinə başlanılıb. Yanvarın 5-dən 20-dək proqrama qəbul elan olunub.
Şəbnəm Məmmədova aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib. O, bu layihədən sonra “Gələcəyin fermeri” layihəsinin həyata keçiriləcəyini də diqqətə çatdırıb.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmləri haqqında danışıb. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən proqram aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq:
“Layihə daha çox kənd təsərrüfatı sahəsində öz ideyası və müxtəlif təşəbbüsləri olan əsasən innovativ tərkibli layihələri dəstəkləmək məqsədi daşıyır. Üç aylıq bir proqramdır. Burada əsas məqsəd Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən innovativ layihələrə startapların dəstəyini əlavə etməkdir. Seçimlər yanvarın 21-də yekunlaşacaq. Proqrama təxminən 30-40 müraciətin olacağı gözlənilir. Onlar arasından isə 5 komanda seçiləcək. Seçilən beş startap investorların qarşısına çıxarılacaq. Xarici investorları da bu işə cəlb etməyi düşünürük”.
Tədbir tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələrlə davam etdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 22 d. əvvəl
-
37 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 46 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir





















