Dünya Bankının sədri istefa verib
Dünya Bankının sədri Jim Yong Kim 6 ildir işlədiyi vəzifəsini tərk edəcəyini bildirib.
"Marja" xəbər verir ki, Dünya Bankının saytında verilən məlumata görə, Kim vəzifəsindən 1 Fevraldan etibarən ayrılacaq.
Açıqlamada fikirlərinə yer verilən Kim, dünyada yoxsulluğu sona çatdırmaq missiyası naminə işini ehtirasla görən insanlarla dolu bu qurumda işləməyin böyük fəxr olduğunu bildirərək, "Bütün dünyada ifrat yoxsulluq, iqlim dəyişikliyi, epidemiyalar, qaçqınlar artarkən, Dünya Bankının işləri heç olmadığı qədər böyük bir önəmə sahibdir. Bu qurumun sədri kimi xidmət göstərmək mənim üçün böyük şərəf idi", - ifadələrini istifadə edib.
Kim, vəzifəsindən ayrılmasının ardından başqa bir şirkətlə, inkişaf etməkdə olan ölkələrdə infrastruktur investisiyalarının artırılması üzərində işlərini davam etdirəcəyi məlumatını da verib.
Koreya mənşəli amerikalı olan Kim, 2012-nin iyul ayında sədr vəzifəsinə başlamışdı. Kim, 2017-ci ildə ikinci dəfə bu vəzifəyə seçilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
26 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 28 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub






















