Fitch, Azərbaycan Dövlət Neft Fondunu təriflədi
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2017-ci il dövlət büdcəsində yaranacaq kəsirin Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) toplanan maliyyə vəsaitləri hesabına örtüləcəyini deyir.
Agentlik ARDNF-in fəaliyyətini yüksək qiymətləndirərək daha yuxarı reytinqə sahib olan neft ölkələri ilə müqayisədə Fondun daha yüksək şəffalıqla çalışdığını və etibarlı, likvid aktivlərə investisiya etdiyini bildirib: "Buna görə də, Azərbaycanın borcu tam nəzarət altındadır və 2016-cı ilin sonuna ÜDM-in 22,5%-ni təşkil edib. Bu da "BB" kateqoriyasında olan ölkələrin orta göstəricisi - 51,1%-dən xeyli aşağıdır".
Bununla yanaşı, "Fitch" Azərbaycanın dövlət borcunun 88,2%-nin xarici valyutada olmasını müsbət amil saymasa da, bunun Fondun vəsaitlərinin tərkibinə uyğun olduğunu vurğulayır. Agentlik qeyd edir ki, 2015-2016-cı illərdə ARDNF-in aktivlərinin dollar ekvivalentində ucuzlaşmasına baxmayaraq, aktivlər ÜDM-in 92%-ni təşkil edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























