Donald Tramp terrorçu PKK/YPG-PYD-nın İrana neft satmasını pisləyib
ABŞ Prezidenti Donald Tramp terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya ərazisindəki xam nefti İrana satmasından narahat olduqlarını bildirib.
Məlumatı “Anadolu” agentliyi yayıb.
“Onların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) əlindəki az miqdarda nefti İrana satması xoşuma gəlmir. Biz onlardan satmamalarını istədik. Bizim kürd tərəfkeşlərimizin İrana xam neft satması məni qətiyyən sevindirmir”, - deyə Donald Tramp vurğulayıb.
O, bununla belə, ABŞ-ın hərbçilərini Suriyadan çıxarsa da, PKK/YPG-PYD-nin müdafiəsini təmin edəcəklərini qeyd edib: “Onlar Türkiyənin xoşuna gəlməsələr də, onları başqaları bəyənir. Onlar çox yaxşı döyüşürlər. Biz kürdləri (terrorçu PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) müdafiə edəcəyik. Mən Suriyada əbədi qalmaq istəmirəm. Ora qum və ölümdən ibarətdir”.
Donald Tramp ABŞ hərbçilərinin 4 ay ərzində Suriyadan çıxarılacağı prosesinə də aydınlıq gətirib: “Mən ordunun Suriyadan tədricən və ya qısa müddətə çıxacağı barədə heç nə deməmişəm. Bəziləri iddia edir ki, mən 4 aya hərbçiləri çıxaracağımızı bildirmişəm. Mən bunu heç vaxt deməmişəm. Biz Suriyadan müəyyən edilmiş zamanda çıxacağıq”.
Qeyd edək ki, Donald Tramp dekabrın 19-da ABŞ hərbçilərinin Suriydana çıxması barədə sənəd imzalayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)




