Turistlər bank kartları ilə Azərbaycanda rekord məbləğ xərcləyib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin dekabr sayı təqdim olunub.
“İxrac İcmalı”nın dekabr sayında məlumat verilib ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1 faizi yanvar, 6,4 faizi fevral, 10,5 faizi mart, 8,3 faizi aprel, 7,9 faizi may, 10,2 faizi iyun, 12,5 faizi iyul, 12,2 faizi avqust, 8,8 faizi sentyabr, 8,0 faizi oktyabr, 8,1 faizi isə noyabr ayında ölkəyə gəlib.
2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində dinamik artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 195,5 milyon manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 252 milyon manat və ya 27 faiz artıb.
Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 76,2 milyon manat təşkil edib və ötən ilin noyabr ayı ilə müqayisədə 6 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
33 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
40 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir







.jpg)







.jpg)









