Azərbaycanda 2 bank bu il faiz mənfəəti əldə etməyib
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 28-nin bu ilin yanvar-sentyabr aylarındakı faiz gəlirləri faiz xərclərini üstələyib.
Yalnız 2 bankda - "Amrah Bank" və "Bank VTB Azərbaycan"da faiz xərcləri faiz gəlirlərindən müvafiq olaraq 2,379 milyon manat və yaxud 1,848 milyon manat çox olub. Qalan 28 bank isə faiz əməliyyatlarında müsbət saldoya nail ola bilib.
9 aylıq faiz mənfəətinin ən yüksək həddi "Azərbaycan Beynəlxalq Bankı"nda qeydə alınıb. Bu bankda müsbət saldo 218,463 milyon manat olub. 1 bank - "Kapital Bank" 176,275 milyon manat, 14 bank 10-100 milyon manat arasında, 10 bank 1-10 milyon manat arasında, 2 bank isə 1 milyon manatdan az faiz mənfəəti əldə edib.
№ | Bankın adı | Bankın 9 aylıq faiz mənfəəti / zərəri (milyon manatla) |
1 | Azərbaycan Beynəlxalq Bankı | 218,463 |
2 | Kapital Bank | 176,275 |
3 | PAŞA Bank | 97,060 |
4 | Xalq Bank | 64,634 |
5 | Nikoyl Bank | 38,531 |
6 | Access Bank | 25,972 |
7 | AFB Bank | 24,752 |
8 | Yapı Kredi Bank Azərbaycan | 22,237 |
9 | Bank of Baku | 20,013 |
10 | Unibank | 18,314 |
11 | Express Bank | 16,548 |
12 | Bank Respublika | 16,539 |
13 | Premium Bank | 16,255 |
14 | Rabitəbank | 16,065 |
15 | Atabank | 12,153 |
16 | Muğan Bank | 11,400 |
17 | Azərbaycan Sənaye Bankı | 8,555 |
18 | Azər-Türk Bank | 7,171 |
19 | Bank Avrasiya | 7,031 |
20 | Turan Bank | 6,946 |
21 | Zıraat Bank Azərbaycan | 6,425 |
22 | Bank BTB | 5,957 |
23 | NBC Bank | 5,586 |
24 | Naxçıvan Bank | 4,763 |
25 | Günay Bank | 3,074 |
26 | İran Milli Bankı - Bakı | 2,082 |
27 | AGBank | 0,704 |
28 | Pakistan Milli Bankı - Bakı | 0,539 |
29 | Bank VTB Azərbaycan | -1,848 |
30 | Amrah Bank | -2,379 |
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
























