"Onlar məmnun qaldıqları halda mal-qaranı qəbul edirlər" - NAZİRLİKDƏN İDDİALARA MÜNASİBƏT
Özünüməşğulluq proqramının icrası ilə bağlı bəzi KİV-də dərc olunan əsassız iddialara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi münasibət bildirib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Marja"ya daxil olmuş açıqlamada deyilir:
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cari ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla və əksəriyyəti xüsusi həssas qruplardan ibarət 7700-dən çox aztəminatlı ailə cəlb olunub. Bu şəxslərin sırasına 1300-dək məcburi köçkün, 1000-dək ünvanlı yardım alan, 300 nəfər müharibə veteranı, 1000-dən çox əlilliyi olan şəxs və digərləri daxildir.
Proqram iştirakçılarının mal və materiallarla təminatı satınalmalar üzrə qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə müqavilələr əsasında maddi-texniki və kadr potensialına malik şirkətlər tərəfindən həyata keçirilir. Artıq proqram iştirakçılarından 4 minə qədəri biznes-planlarına uyğun mal və materiallarla təmin ediliblər.
Həmin şirkətlər tərəfindən proqram iştirakçılarının mal və materiallarla təminatı işlərinə, verilən mal-materialların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur. Hər bir proqram iştirakçısına mal və materiallar verilərkən bu proses verilən mal-materialların keyfiyyəti, eyni zamanda, heyvandarlıq üzrə təsərrüfat quranlara verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınmaqla akt əsasında rəsmiləşdirilir.
Onlar verilən mal-qaradan məmnun qaldıqları halda aktı imzalayaraq mal-qaranı qəbul edirlər. (Şəffaflığın, nəzarətin təmin edilməsi üçün həmin prosesin videoçəklişi də aparılır). Əks halda, həmin mal-qara yeniləri ilə əvəz olunur. Eyni zamanda baytarlar tərəfindən heyvanların sağlamlığını təsdiq edən rəy də verilir.
Proqramın icrası ilə bağlı aktivlərlə təmin edilmiş vətəndaşlar tərəfindən çoxsaylı təşəkkür məktubları da daxil olmaqdadır. Məktublarda aztəminatlı ailələr onlar üçün tam dövlət dəstəyi ilə kiçik ailə təsərrüfatları yaradıldığına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.
Bununla belə, son günlər bəzi media qurumlarının eyni məzmunlu məqaləni yaymaqla mühüm sosial iqtisadi əhəmiyyətə malik olan, dövlətin aktiv dəstəyi sayəsində minlərlə aztəminatlı ailənin yaşayışında müsbət dəyişikliklər yaradan, onların kiçik sahibkarlığa çıxışına imkan verən özünüməşğulluq proqramının icrasına ədalətsiz, qeyri-obyektiv yanaşmalarının şahidi oluruq. Cəmi bir neçə proqram iştirakçısının onlara təqdim olunmuş mal-qaranın guya xəstə, dişsiz, nəsil artırmağa yaramayan və s. olmasından şikayət etməsi barədə reallığa istinad etməyən, əsassız materiallar dərc etməklə həmin media qurumlarının əslində özünüməşğulluq proqramını, proqramın icrası işlərində atılan mühüm addımları gözdən salmaq cəhdləri açıq-aydın hiss olunur.
Məsələn, məqalədə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun ona verilən qoyunların qoca və dişsiz olmasından şikayət etdiyi qeyd olunur. Lakin mal-qara veriləndən sonra vətəndaşın razılıq və minnətdarlıqla mal-qaranı qəbul etdiyi, həmçinin onun ətrafında olan heyvanların sağlam olduğunu təsdiq edən videogörüntülər çəkilmişdir.
Yaxud, məqalədə adı gedən digər iştirakçı – Nəsimi Həsənovla (Astara) əlaqə saxlanarkən o verilən mallardan şikayət etmədiyini, əksinə aktivlərlə təmin edildiyinə görə təşəkkür etdiyini, müvafiq akta öz razılığı ilə imza atdığını, jurnalist sorğusuna verdiyi cavabın yalnış təqdim edildiyini, həmçinin videoçəkiliş zamanı razılığını vurğulayıb.
Bundan başqa verilən heyvanların xəstə olduğunu iddia edən vətəndaş Ellada İsmayılovanın (Goranboy) şikayəti araşdırılmış və baytarlıq yoxlamasının nəticəsində həmin mal-qaranın tam sağlam olduğu barədə rəsmi arayış verilib.
Əminliklə bildiririk ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan özünüməşğulluq proqramını ləkələmək üçün göstərilən cəhdlər səmərə verməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

