ABŞ-da neft hasilatı daha da artıb
ABŞ-ın kommersiya (satış) məqsədli xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftə ilə müqayisədə 500 min barrel azalıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının ötən həftə 500 min barrel (0,1 faiz) azalma ilə 441,5 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi ehtiyatların 2,4 milyon barrel azalacağı istiqamətində idi. Xam neft ehtiyatları əvvəlki həftə də 1,2 milyon barrel azalma qeyd etmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftə ilə müqayisədə 400 min barel (0,1 faiz) azalaraq 649,1 milyon barelə enib.
Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 1,8 milyon barel (0,8 faiz) artımla 230,1 milyon barelə yüksəlib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,2 milyon barel artım olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,1 milyon barrel qalxmışdı.
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 30 min barel artımla 7,42 milyon barelə qalxıb, ixracı da gündəlik orta hesabla 51 min barel artımla 2,32 milyon barelə çatıb.
NEFT HASİLATI ARTIB
Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 7 min barel artıb. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 7 min barrel artıb, digər ştatlarda dəyişiklik göstərməyib.
Beləliklə, 8-14 Dekabr həftəsində ABŞ-ın xam neft istehsalı təxminən gündəlik orta hesabla 11,6 milyon barrel səviyyəsində reallaşıb. ABŞ-da hasilat son 49 həftədə 39-uncu dəfə artıb.
EIA-nın "Dekabr 2018" Hesabatına görə, ölkənin gündəlik orta hesabla xam neft istehsalının gələn il 12,1 milyon barrel olacağı ehtimal edilir.
ABŞ-da neft hasilatının artması və ehtiyatların proqnozdan az azlması ilə əlaqədar olaraq neft qiymətləri təxminən 3% düşüb. Hazırda Brent neftinin qiyməti 55, ABŞ xam neftinin qiyməti isə 46 dollar səviyyələrindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















