Azərbaycanın ən böyük marketlər şəbəkəsi filial açmaqdan "doymur" - YENİ MAĞAZA
Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz” Abşeron rayonu, Ceyranbatan yaşayış massivində yeni mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi dekabrın 21-dən etibarən Ceyranbatan yaşayış massivində fəaliyyətə başlayır.
“Araz” superstore geniş sahəsi, avtomobillər üçün rahat və pulsuz dayanacaq yeri, 20 minə yaxın qida və qeyri-qida məhsul çeşidi ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.
Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları, gigiyenik vasitələr, məişət avadanlıqları, mətbəx ləvazimatları və digrə bölmələr müştərilərin xidmətinə veriləcək. Sutka ərzində fəaliyyət göstərəcək mağazada müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar və tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.
Marketin daxilində “Araz Kafe” fəaliyyət göstərəcək.
Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya dekabrın 27 – dək davam edəcək", - məlumtda deyilir.
“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























