30 milyon turust 40 milyard dollar xərcləyib
Yaponiya turizm sənayesi yeni yüksək göstəriciyə nail olub – cari ildə bu gündoğar ölkəyə gələn əcnəbi turistlərin sayı, baş verən təbii fəlakətlərə, zəlzələ və tufanlara baxmayaraq, ilk dəfə 30 milyonu ötüb.
Turizm naziri Keyiçi İşii bildirib ki, hökumət özəl sektorla birlikdə Yaponiyanı səyyahlar üçün daha cazibədar etməyə çalışır.
“Biz daha çox sayda ölkədən turistlərin Yaponiyaya səfər etməsinə yardım göstərməliyik və onların yalnız böyük turizm obyektlərinə deyil, eyni zamanda, müxtəlif rayonlara getməsinə çalışmalıyıq”, - deyə nazir jurnalistlərə bildirib.
Qeyd edək ki, Yaponiya son beş ildə ölkəyə gələn əcnəbi turistlərin sayının artırılması ilə ciddi məşğul olmağa başlayıb. Həmin göstəricinin 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarınadək 40 milyona çatdırılması nəzərdə tutulur.
Başa çatmaqda olan il ərzində turistlərin 4 trilyon yendən (təqribən 40 milyard dollar) artıq pul xərclədiyi bildirilir ki, bu da bütün ölkə iqtisadiyyatına böyük köməkdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
25 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 27 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)





